Ukrayna ən çox ağır texnikanı Rusiya ordusundan ələ keçirib

Rusiya ordusunun Ukrayna ilə müharibə ərzində döyüş meydanında və geri çəkilmə zamanı qoyub qaçdığı ağır texnikanın sayı, Qərb ölkələrinin Kiyevə verdiyi texnikadan daha çoxdur.

Bu barədə “The Wall Street Journal” açıq məlumat analitiklərinə və hərbi rəsmilərə istinadən xəbər verir.

Oryx analitik layihəsinə görə, Ukrayna silahlı qüvvələri 460 Rusiya tankı (Qərb ölkələri 320 ədəd tədarük ediblər), 92 özüyeriyən texnika, 448 piyada döyüş maşını (210 ədəd Qərb ölkələri tədarük ediblər), 195 zirehli döyüş maşını (40 ədəd Qərb ölkələri tədarük ediblər) və 44 raket sistemini ələ keçiriblər. 

“Bizim o qədər qənimətlərimiz var ki, onlarla nə edəcəyimizi belə bilmirik”, - Ukrayna ordusunda taborun qərargah rəisinin müavini vəzifəsində xidmət edən Ruslan Andreyko deyib. “Biz piyada taboru kimi başlamışıq və indi bir növ mexanikləşdirilmiş tabora çevrilirik”.

Eyni zamanda, Oryx analitiki Yakub Yanovski qeyd edir ki, Rusiya tərəfindən ələ keçirilən silahların yalnız bir hissəsi istifadə oluna bilər: 

“Onların ələ keçirdikləri texnika olduqca səmərəli istifadə oluna bilən müasir avadanlıqların və muzeylərdə saxlanmalı maşınların qarışığıdır”. 

Bununla belə, WSJ-nin məlumatına görə, son aylarda Ukrayna silahlı qüvvələri T-90 tankları və BTR-82 zirehli transportyorları kimi ən müasir Rusiya silahlarının nümunələrini əldə edə bilib.

Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Oleksey Danilov bildirib ki, əksər hallarda ağır texnika maddi-texniki təchizat komandanlığı vasitəsilə paylanır, yüngül silah və sursat isə onları ələ keçirən bölmələrdə qalır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ