Tailandda polis əməkdaşı uşaq mərkəzində 34 nəfəri öldürdü - video

Tailandda silahlı şəxs uşaq mərkəzinə hücum edərək, qarşısına çıxanları gülləbaran edib. Nəticədə azı 34 nəfər həlak olub, onlardan 22-si uşaqdır.

Qorxunc hadisə Nonq Bua Lamphu əyalətində baş verib.

Bundan başqa, çoxlu sayda yaralılar da var.

Hadisə yerinə xeyli sayda hüquq mühafizəçiləri cəlb olunublar.

Yerli mediada yayılan məlumata görə, keçmiş polis əməkdaşı olan basqınçı hücumdan sonra intihar edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ