Rusiya Zaporojye və Xarkovu vurdu: ölənlər var - video

Rusiya ordusu gecə saatlarında Ukraynanın Zaporojye vilayətinə 7 raket atıb, nəticədə ən azı iki nəfər həlak olub, beş nəfər isə yaralanıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında üç yaşı qız da var.

Bundan əlavə, oktyabrın 6-na keçən gecə Rusiya hərbçiləri Xarkov və Dnepropetrovsk vilayətini də atəşə tutublar. 

“Düşmən infrastruktur obyektini vurub, nəticədə güclü yanğın baş verib”, - Xarkov meri İqor Terexov yazıb. Hələlik itkilər barədə məlumat verilmir.

Qubernator Sergey Qamalı bildirib ki, Ukraynanın qərbindəki Xmelnitski rayonu da vurulub. Təfərrüatlar barədə məlumat yoxdur.

Dnepropetrovsk rəhbəri Valentin Rezniçenkoisə bəyan edib ki, Nikopol rayonunda üç icma - Nikopol, Marqanetska və Mirovskaya atəşə tutulub. İlkin məlumata görə, xəsarət alan olmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ