Zelenski Putinlə danışıqlardan imtinanı qanuniləşdirdi

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərar imzalaylb.

Müvafiq fərman Ukrayna liderinin rəsmi saytında dərc edilib.

Qeyd edək ki, Zelenski daha əvvəl bildirib ki, Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə hər hansı danışıqlar aparmaq niyyətində deyil.

“Ukrayna danışıqlar səylərində lider olub və olaraq qalır. Məhz bizim dövlətimiz Rusiyaya həmişə bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edib. Açığı, bu Rusiya prezidenti ilə bu mümkün deyil... Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma Rusiyanın başqa prezidenti ilə”, - deyə Zelenski bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ