Şimali Koreyadan Rusiyaya dəstək - “referendumların” nəticələrini tanıdı

KXDR Xarici İşlər Nazirliyi qondarma DXR, LXR və Ukraynanın Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərində keçirilən “Rusiyaya birləşməyə dair referendumların” nəticələrini dəstəkləyib.

Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Biz Rusiyanın tərkibinə daxil olmağa can atan Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Xerson və Zaporojye vilayətlərinin sakinlərinin iradəsinə hörmətlə yanaşır və Rusiya hökumətinin yuxarıda göstərilən regionların öz tərkibinə qəbul edilməsi ilə bağlı mövqeyini dəstəkləyirik”, - KXDR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çul Su bildirib.

Şimali Koreya “Rusiyaya birləşməyə dair referendumların” nəticələrini dəstəkləyən yeganə ölkə olub. Birləşmiş Millətlər Təşkilatı, ABŞ və bir çox Aİ ölkələri Ukrayna ərazilərinin işğalına qarşı çıxıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ