Rusiyanın nüvə silahından harada istifadə edə biləcəyi açıqlandı

Rusiya Ukrayna sərhədlərində nüvə silahının nümayişkaryanə istifadəsini planlaşdırır. Bunun üçün Rusiya prezidenti Vladimir Putin Ukraynadakı cəbhə xəttinə nüvə hərbi eşelonunu göndərib. Bu barədə “Times” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Rusiya qoşunları Qara dənizdə nüvə silahı sınaqdan keçirəcək. Eyni zamanda, səhv baş verərsə, Rusiyanın sərhəd şəhərləri də zərər çəkə bilər.

Öz növbəsində Böyük Britaniyanın müdafiə naziri və Pentaqon nüvə zərbəsini mümkünsüz hesab edir. Xüsusilə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi ilə bağlı ehtimalın az olduğunu, lakin RF liderinin “məntiqsiz” hərəkət etdiyini qeyd edir.

Uollesin sözlərinə görə, nüvə silahından istifadə Rusiyanın hərbi doktrinasına daxil edilsə də, bu, Moskvanın müttəfiqləri - Hindistan və Çin üçün qəbuledilməz olardı. Uolles deyib ki, Putin Hindistan və Çin liderləri ilə görüşlərdə “nəyin məqbul, nəyin məqbul olmadığı barədə çox aydın təsəvvür əldə edib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ