İsrail Rusiyadan olan yəhudi qaçqınlar üçün Bakıda düşərgə açır

Rusiyada elan edilən səfərbərliklə əlaqədar ölkədən İsrailə yəhudilərin kütləvi köçü başlayıb. Onlara kömək etmək üçün yəhudi dövlətinin hökuməti Azərbaycanda və Finlandiyada qaçqınlar üçün düşərgələr yaratmaq qərarına gəlib.

İsrail KİV-i bildirib ki, ötən bazar İsrail hökuməti Azərbaycan və Finlandiyada yəhudi qaçqınlar üçün düşərgələr yaratmaq, həmçinin Rusiya yəhudilərinin “Qayıdış Qanunu” ilə əhatə olunan repatriasiyası üçün sürətləndirilmiş proseduru dəstəkləmək üçün 90 milyon şekel ayırıb.

Məlumata görə, təkliflər maliyyə naziri Aviqdor Liberman və yəhudilərin inteqrasiya naziri Pnina Tamano-Şata tərəfindən irəli sürülüb. Rusiyada baş verən məlum hadisələrlə əlaqədar on minlərlə yəhudinin tezliklə İsrail dövlətinə köçəcəyi gözlənilir.

Bildirilir ki, Azərbaycan və Finlandiyada ukraynalı qaçqınlar üçün Polşa və Rumıniyadakı düşərgələr kimi fəaliyyət göstərəcək müvəqqəti qaçqın düşərgələrinin yaradılması “Soxnut” Yəhudi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ