Kadırov oğullarını Ukraynaya müharibəyə göndərir - video

Çeçenistan rəhbəri Ramzan Kadırovun üç oğlu tezliklə Ukraynadakı döyüş bölgəsinə gedəcək. 

Bu barədə Kadırov Telegram kanalında yazıb.

“Əsl döyüşdə özlərini göstərməyin vaxtı gəldi və bu, onların istəyidir, mən yalnız alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və ən çətin bölgələrdə olacaqlar”, - Kadırov yazıb.

Yazıda Kadırovun oğullarının yetkinlik yaşına çatmadıqları qeyd olunur:

“Axmat, Eli və Adamın müvafiq olaraq 16, 15 və 14 yaşı var. Amma onların hərbi hazırlığı çoxdan, az qala kiçik yaşlarından başlayıb. Təkcə silahdan atmağı bacarmaq kifayət deyil. RUS (Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti, Çeçenistanda yerləşir - red.) bazasında istənilən məsafədə atəş açmağı tələb edirlər. Oğullarına ailəni, xalqı, Vətəni qorumağı öyrətmək hər bir atanın əsas məqsədi olması həmişə vacibdir. Sülh istəyirsənsə, müharibəyə hazırlaş!”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ