Moldova Rusiya ilə sərhəddə yoxlamaları gücləndirir

Sentyabrın sonunda Moldova hakimiyyəti Rusiyadan daxil olan insanların axınının gözlənilən artması ilə əlaqədar sərhəddə nəzarəti gücləndirdiklərini açıqlamışdı.

Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandru Musteata TV8.md telekanalına müsahibəsində bildirib ki, əgər biz sərhədi keçən insanların dürüstlüyünə şübhə etsək, o zaman onların ölkəmizə girişini qadağan edəcəyik.

Musteata qeyd edib ki, sərhəddə əcnəbilərdən Moldovaya gəlişlərinin məqsədi, yaşayış və geri dönüş biletləri üçün vəsaitin olub-olmaması barədə suallar veriləcək.

Sentyabrın 30-da Rusiya sərhədlərindəki vəziyyət barədə məlumat verən Telegram kanalları bildiriblər ki, Moldova Rusiyadan gələn gənclərə yalnız öz ərazisində qohumları olduğu halda keçməyə icazə verir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ