Cəbhə yarıldı: Ukrayna ordusu Xersonda hücuma keçdi

Ukrayna Teleqram kanalları ölkənin Silahlı Qüvvələrinin Xerson vilayətinin Kreşçenovka və Nevskoye kəndlərini nəzarətə götürdüyünü bildirir.

Kremennaya şəhərinin operativ şəraitdə olduğu qeyd edilir. Bundan əlavə, Ukrayna qoşunlarının Berislav şəhərinə doğru irəlilədiyi göstərilir.

Eyni zamanda, Rusiya Teleqram kanallarında “Xerson vilayətində cəbhə yarılıb. Ukrayna Silahlı Qüvvələri ərazi ardınca əraziləri ələ keçirir. Şevçenkovka, Lyubimovka, Zolotaya Balka. Ukrayna Silahlı Qüvvələri Berislava girməyə çalışır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ