Fuad Paşayev arvadını ABŞ-da öldürdü - FOTO

ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujvu qətlə yetirilib.

Buta.media-nın uapost.us-a istinadən məlumatına görə, polis cinayətdə onun əri Fuad Paşayevi şübhəli bilir. 

31 yaşlı F.Paşayev saxlanılıb.

Bildirilir ki, Tatyana aprelin 4-də Vaşinqton bulvarında öz evində ölü tapılıb.

Qeyd olunur ki, cari ilin yanvarında Paşayevə Tatyana qarşı zorakılıq ittihamı ilə 11 bənd üzrə ittiham irəli sürülüb.

Hazırda Kolumbiya dairəsi üzrə məhkəmədədir. 

Həmçinin qeyd olunur ki, cütlük birgə yaşadığı üç il ərzində Paşayev mütəmadi spirtli içki qəbul edib və Tatyananı dəfələrlə döyüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ