Pedofil satanistlərin gizli cəmiyyətlərinin uşaqlara işgəncə verməsi ilə bağlı sui-qəsd nəzəriyyəsi ətrafında kütləvi isteriya “Şeytan çaxnaşması” adlanır və bu fenomen təxminən 50 ildir ki, mövcuddur. Necə olur ki, uşaqlar reallıqda olmayan hadisələr haqqında danışmağa başlayırlar və böyüklər isə (və hətta mütəxəssislər) bu hekayələri yayırlar. İngilis jurnalist Aleksi Mostrous mövzu ətrafında araşdırma aparıb. Buta.media onun 2014-cü ildə Londonda baş verən real hadisələrlə bağlı podkastının tərcüməsini təqdim edir.
2014-cü ilin yayında Londonun şimal-qərbindəki Hempsted rayonundan olan doqquz yaşlı qız və onun səkkiz yaşlı qardaşı ataları Rikki Dirmanı pedofil-satanistlərdən ibarət gizli cəmiyyətə rəhbərlik etməkdə ittiham ediblər. Uşaqların ifadəsinə əsasən, bu icmada 175 nəfər var idi: məktəbi və ona bitişik kilsəni sözün əsl mənasında terror edən digər valideynlər, müəllimlər və keşişlər.
Dirmanın oğlu və qızının ittihamlarını əks etdirən videolar internetdə yayıldıqdan sonra Skotland Yard araşdırmalara başlayıb. Videolarda uşaqlar iddia edirdilər ki, ataları kultun digər üzvləri ilə birlikdə azyaşlı qurbanları qaçıraraq onların qanını tökür və bununla da şeytanı izzətləndirirlər.
“Bizim sinifdə onların gizli otağına aparan kiçik bir qapı var. Orada onların [müəllimlər və valideynlər] şagirdlərə cinsi əlaqədə olmaq üçün verdikləri çoxlu şirniyyat və hədiyyələr saxlanılır”, - uşaqlardan biri öolislə söhbətdə deyib.
Sosial xidmətlər istintaq materialları ilə tanış olmaq və ekspert rəyi vermək üçün Ali Məhkəmənin (Böyük Britaniyanın üç əsas məhkəməsindən biri) hakimi Anna Poffliyə müraciət edib.
“İddia olunurdu ki, kult dünyanın hər yerindən olan uşaqları istismar edir”, - hakim deyib. - Onları satın alırdılar, narkotik vururdular, sonra çatdırılma xidmətləri - TNT və ya DHL vasitəsilə Londona göndərdilər. Ehtimal olunurdu ki, gələn kimi uşaqları zorlayıb işgəncəyə məruz qoyurdular, sonra isə onlar qurban gətiririrdilər”. Təsvirlərə görə, bu rituallar çərçivəsində satanistlər qurbanların boğazlarını kəsib qanlarını içir və kəllələrlə rəqslər nümayiş etdirirdilər; üstəlik, kultun bütün üzvləri uşaq dərisindən tikilmiş ayaqqabılar geyinirdilər.
Bütün bu dəhşətlərin əsas səhnəsi konkret bir məktəb idi - Dirmanın uşaqlarının oxuduğu məktəb. Lakin ondan əlavə, yetkinlik yaşına çatmayan şahidlər belə cinayətlərin baş verdiyi ən azı daha yeddi təhsil müəssisəsinin adını çəkiblər. Onların sözlərinə görə, uşaqlara həm yerli üzgüçülük hovuzunda, həm də yaxınlıqdakı McDonald's-ın arxa otağında işgəncələr verilirdi. Orada (və digər restoranlarda da) uşaqlar “gizli mətbəxdə” sobalarda “bişirilirdi”, sonra yeyilirdi.
Uşaqlar iddia ediblər ki, təriqət üzvləri arasında keşişlər, valideynlər və müəllimlərdən başqa, sosial işçilər, polis məmurları və hətta məktəb direktoru da var. Onların ifadələrinə görə, orgiyalarda 100-dən çox adam iştirak edib.
“Övladlarının mənafeyindən çıxış edən ağıllı qadın”
Genişmiqyaslı iddialar ictimaiyyəti qarışdırdı, lakin polis tez bir zamanda uşaqların hekayəsinin heç nə ilə təsdiqlənmədiyini müəyyən etdi. Nə zorlama və qətl iddia edilən yerlərdə, nə də şübhəlilərin evlərində, ümumiyyətlə Hempstedda azyaşlıların işgəncələrə məruz qalması, parçalanması və yeyilməsi ilə bağlı heç bir sübut tapılmadı. Üstəlik, məktəb ərazisində heç bir cəsəd aşkarlanmadı.
“Mən tam əminliklə deyə bilərəm ki, bu ittihamlarda həqiqət sözü yoxdur”, - deyə hakim Poffli bildirib. “Onların heç bir əsası yoxdur. Ya axmaqlar, ya da yaramazlar bizi özlərinin doğruluğuna inandırmağa çalışırdılar. Dirmanın uşaqlarının sözlərini “fantaziya” adlandıran hüquqşunas bildirib ki, onların ifadələri C. S. Lyuisin Narniya Salnamələri seriyasından olan “Şir, Cadugər və Qarderob” adlı ilk kitabını qismən təkrarlayır.
Uşaqlar hekayələrinin təsdiqlənmədiyini başa düşdükdə ifadələrini dəyişiblər və bildiriblər ki,və digər böyüklərə qarşı ifadə verməyə onları anaları, yoqa təlimatçısı Ella Dreyper (Rostov-na-Donu) və onun sevgilisi Abraham Kristi məcbur edib. Abraham özü əvvəllə zorakılıq, dələduzluq və narkotiklərin satışı ilə bağlı ittiham olunub.
Bu saxtakarlığın üzə çıxmasından qısa müddət sonra çətənə tarlasında yarıçılpaq Abrahamın şəkilləri internetdə yayıldı. Uşaqların cinsi istismarına dair dəlil tapılmasa da, onların qanlarında marixuana izləru aşkarlandı. Sorğu-suallardan sonra polis həqiqətən müəyyən edib ki, qadın və sevgilisi uşaqlara fiziki və psixoloji təsir göstəriblər ki, atalarına böhtan atsınlar.
“İşgəncə - cənab Kristinin Miss Dreyperin köməyi ilə uşaqlara etdiklərini təsvir etmək üçün düzgün sözdür”, - deyə hakim Poffli bildirib. “Abraham hər iki uşağın başına və ayaqlarına metal qaşıqla vurub, onları divara çırpıb və təpikləyib”.
Lakin həqiqət üzə çıxandan sonra da, ədaləti bərpa etmək mümkün olmayıb. Dreyper və Kristi onlara qarşı ittiham irəli sürülməzdən əvvəl Mərakeşə qaçmağı bacarıblar. Uşaqların etiraflarını əks etdirən videogörüntülər internetdə yayıldıqdan sonra hüquq-mühafizə orqanlarına inanmayan insanlarda panikaya səbəb olub. Dreyper Böyük Britaniya Quşu təxəllüsü ilə tanınan məşhur sui-qəsd nəzəriyyəçisi tərəfindən hazırlanan podkastda çıxış edib. Aparıcı onu “övladlarının mənafeyindən çıxış edən ağıllı qadın” adlandırıb.
Ella Dreyper
Uydurulmuş bir kultun işini araşdıran jurnalist Aleksi Mostrous Dreyperin motivlərini anlamağa çalışaraq, onun çoxsaylı sui-qəsd nəzəriyyələrinin tərəfdarı olması qənaətinə gəlib. Jurnalist Dreyperin vətəni Rusiyanın Ukraynanı işğal etməsindən sonrakı ilk gündə onunla əlaqə saxlayıb. Qadın təcavüzün haqlı olduğunu bəyan edib, çünki bu, dünyanın nəzarətində olan elitanın hiyləsini pozmağın yeganə yoludur.
“O, mənim bildiyim və başa düşdüyüm həyatı yaşayır”, - Mostrous deyib. “Bu, adi bir həyatdır - Londonun ətraflarında, kiçik uşaqlarla, valideynlərin WhatsApp söhbətləri və yoqa ilə. Mən özüm belə yaşayıram. Psixoloji nöqteyi-nəzərdən maraqlıdır: bu dünyada olan, lakin öz hərəkətləri ilə onun əsaslarını tamamilə sarsıdan biri ilə ünsiyyət qurmaq.
İkinci Auşvitz
Göründüyü kimi, Dreyper uşaqların tam qəyyumluğunu almaq üçün keçmiş ərinə qarşı plan qurub, lakin onun manipulyasiyalarından təkcə keçmiş həyat yoldaşı deyil, həm də böhtana məruz qalan digər insanlar da əziyyət çəkib, onların çoxu öz reputasiyasını hələ də təmizləyə bilməyib. Heç bir kultun olmadığına dair rəsmi qənaətdən sonra belə, sui-qəsd fəalları qadını dəstəkləməyə davam edərək iddia etdilər ki, nüfuzlu pedofillər cinayəti susdurmağı bacardılar. Bir çox valideynlər çaxnaşma içində övladlarını London məktəbindən ev təhsilinə yönəldiblər. Digərləri uşaqların üzərinə izləmə cihazları qoyublar.
Pedofiliya, cinsi zorakılıq və qurbanlıqda haqsız yerə ittiham olunanların bəziləri müştərilərini və işlərini itirib. Satanistlər haqda uydurma hekəyələrlə bağlı videoları bir neçə milyon insan izləyib, bəzi hallarda reputasiyaya dəyən ziyan düzəlməyib.
“Övladlarınızın sizi belə dəhşətli şeylərdə ittiham etdiyi bir videoya baxmaq sadəcə dözülməzdir”, - deyə Riki Dirman öz emosiyalarını bölüşüb. “Təsəvvür edin, zorakılığa məruz qalan, sonra kamera qarşısında belə ifadələr verməyə məcbur edilən uşaqların psixikası necə əziyyət çəkib. Hələ indi də ölümlə hədələnirəm. Şərhlərdə məni 100% günahsız elan etdikləri 77 səhifəlik nəticəyə baxmayaraq, pedofil olduğumu yazırlar.
Üstəlik, istintaqda görünən bir neçə valideynlə əsl pdefillər əlaqə saxlayıblar və onların uşaqlarından pul müqabiləndə istifadə etməyi təklif ediblər . Dreyperin tərəfində olan sui-qəsd nəzəriyyəçiləri valideynin Google Diskinə giriş əldə ediblər, oradan doqquz yaşlı qızın fotosunu yükləyiblər və “Seks şou ulduzu” başlığı ilə internetdə yerləşdiriblər.
Aleksi Mostrous hesab edir ki, sosial media və digər onlayn platformalar davam edən zorakılığa görə məsuliyyət daşıyır, yalan ifşa edildikdən sonra belə saxta yazıları silmirdilər. O, saxta hekəyələrin yayılmasının qarşısını vaxtında ala bilməyən və bu yazıların müəlliflərini cəzalandıra bilməyən hüquq-mühafizə orqanlarının nümayəndələrini də günahkar hesab edir.
“Bu videolar ilk dəfə 2015-ci ilin martında peyda olub, lakin onları hələ də internetdə tapmaq asandır”, – jurnalist bu ilin sentyabrında uydurma kult haqqında “Hoaxed” podkastının buraxılışından sonra deyib. “Məncə, bu, bağışlanmazdır”.
Qalmaqalın mərkəzində olan ibtidai məktəb belə bir açıqlama yayıb: “Bu hadisələr günahsız bir təşkilatı və ya bir qrup insanı ləkələyən məlumatların internetdə nə qədər tez və nəzarətsiz şəkildə yayıla biləcəyini nümayiş etdirdi”.
Mostrousun həmsöhbətləri arasında insanlara cinlərin girdiyinə inanan və bütün ölkədə satanistlər tərəfindən uşaqların cinsi istismara məruz qaldığını iddia edən keçmiş polis məmuru da var idi. Podkastın aparıcısı hörmətli bir psixoterapevtdən başqa bir müsahibə götürüb - o, karyerası ərzində yüzlərlə “şeytan zorakılığı” ilə qarşılaşdığını söyləyib və hətta bu fenomeni “ikinci Auşvitz” adlandırıb.
“Belə müsahibələr həyəcanlıdır”, - Mostrous deyib . - “Uğurlu yetkin insanlarla ünsiyyət qururam, amma onlar mənə sübutu olmayan bir şey haqda danışırlar. Məhz bu fiqurlar konspirasiya nəzəriyyələrinin təbliğində mühüm rol oynayır”.
İki il əvvəl Britaniya məhkəməsi sui-qəsd nəzəriyyəçisi Metyu Tayloru Riki Dirmanı təqib etdiyinə görə dörd aylıq sınaq, reabilitasiya, 2000 funt sterlinq cərimə və 200 saat ictimai iş cəzasına məhkum edib.