Birləşmiş Ştatlar iqtisadiyyatı dəstəkləmək üçün müharibənin sonuna qədər Ukraynaya hər ay 1,5 milyard dollar ayırmağa və Avropa ölkələrini analoji yardım göstərməyə çağırmağa hazırdır.
Bu barədə Bloomberg danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazır.
Ağ Evin gələn həftə Ukraynaya yardımla bağlı keçiriləcək sammit öncəsi avropalı tərəfdaşlarla bir sıra belə danışıqlar apardığı bildirilir.