Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qoşunlar “daha sərfəli xətlərə” çəkilib.
"Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Liman yaşayış məntəqəsindən daha sərfəli xətlərə çıxarılıb", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd edək ki, Krasnıy Liman Kramatorsk aqlomerasiyasının bir hissəsi olan əsas dəmir yolu qovşağıdır