Moskva və Vaşinqton Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar - Paşinyan

Nə Moskva, nə Brüssel, nə də Vaşinqton “Dağlıq Qarabağın müstəqilliyini” tanımağa hazır deyil.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan televiziyada çıxışı zamanı bildirib.

“Hər kəsin ayrıca paketi olduğunu deməzdim. Sadəcə onu deyə bilərəm ki, onların hamısının öz ideyaları, yanaşmaları var. Mən xalqa qarşı dürüst olmalı və çoxdan, hələ 44 günlük müharibədən əvvəl deməli olduğum məqamlara toxunmalıyam: adını çəkdiyiniz beynəlxalq güclərin heç biri “Dağlıq Qarabağın müstəqilliyini” tanımağa hazır deyil. Onlar Qarabağı Ermənistanın bir hissəsi kimidə tanımırlar”, - deyə Paşinyan qeyd edib.

Bu ölkələrin Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı sualına Paşinyan cavab verib ki, adıçəkilən dövlətlər beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə bəyanatlar veriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ