Rusiya Kiyev hakimiyyətini atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırır.
Bunu Rusiya prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), habelə Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında sazişin imzalanma mərasimində deyib.
“Biz Kiyevi atəşi və 2014-cü ildə başladığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Biz buna hazırıq”, - Putin bildirib. Onun sözlərinə görə, eyni zamanda Donbass, Xerson vilayəti və Zaporojye sakinləri öz seçimini ediblər və Rusiya ona xəyanət etməyəcək.