Kabildə partlayış: 32 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabildə kamikadzenin təhsil müəssisəsində törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, 40 nəfər yaralanıb. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Daha əvvəl 20 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Faciə əsasən şiə müsəlmanların məskunlaşdığı Dəşt əl-Bərşi ərazisindəki Kaj təhsil mərkəzində baş verib.

Kabil polisinin sözçüsü Xalid Zadran partlayışı təsdiqləyib və hüquq-mühafizə orqanlarının daha sonra əlavə məlumat verəcəyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ