Rusiya ordusu mühasirəyə düşdü - foto

Ukrayna Silahlı Qüvvələri Limandakı Rusiya qüvvələrini mühasirəyə alıblar.

Bu barədə ABŞ Müharibə Tədqiqatları İnstitutu (ISW) sentyabrın 29-da cəbhədə baş verən hadisələrin xülasəsində məlumat verilir. İnstitut rusiyalı “hərbi bloqerlərin” Ukrayna Silahlı Qüvvələrinin Limanın mühasirəsini praktiki olaraq başa çatdırdığına dair çoxsaylı hesabatlarına istinad edir.

ISW mütəxəssisləri Rusiyanın məşhur Teleqram kanallarının məlumatlarına istinadən yazır ki, Ukrayna qoşunları müdafiəni yarıb yolu bağlamağa müvəffəq olub. Bu, Limanda fəaliyyət göstərən Rusiya ordusunun təchiz etmək üçün sonuncu yol idi. Müxbirlər ərazidəki vəziyyəti “son dərəcə çətin” adlandırırlar.

ISW-nin hesabatında başqa bir bloqerdən sitat gətirilir, belə ki Ukrayna Silahlı Qüvvələri Limana üç tərəfdən hücum edir. Mənbə onu da yazır ki, şəhərdən Svatovoya gedən yol bağlanıb.

Vaşinqton Xarici Siyasət İnstitutunun baş əməkdaşı Rob Li Limanın bu gecə və ya sabah işğaldan azad edilə biləcəyini yazır.

Linin sözlərinə görə, “Rusiya Donbassda canlı qüvvə çatışmazlığı ilə üzləşib”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ