MDB məkanında münaqişələr SSRİ-nin dağılmasının nəticəsidir - Putin

“Qərb MDB məkanında yeni münaqişələrin alovlanması ssenariləri üzərində işləyir, mövcud münaqişələr isə, məsələn, Rusiya və Ukrayna arasında, Sovet İttifaqının dağılmasının nəticəsidir”. 

Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, “indi Rusiya ilə Ukrayna arasında, eləcə də bəzi digər MDB ölkələrinin sərhədlərində baş verənlərə baxmaq kifayətdir”.

“Əlbəttə, bütün bunlar Sovet İttifaqının dağılmasının nəticəsidir, bunların hamısı başa düşüləndir. Lakin sabitliyin pozulması riskləri, o cümlədən bütün Asiya-Sakit okean regionunda sabitliyin pozulması riskləri hələ də artır”, - Rusiya dövlətinin başçısı yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ