“Regiondan kənarda olan bir neçə dövlət Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılmasına mane olmağa çalışır”.
Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva bir sıra qeyri-regional oyunçuların regiona qeyri-sabitlik gətirmək cəhdlərini görür.
Zaxarova vurğulayıb ki, Rusiya Ermənistan və Azərbaycan sərhədində deeskalasiya üçün ciddi səylər göstərir.
“Ölkəmiz həm Bakı, həm də İrəvanla təmasda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün ciddi səyləri davam etdirir”.