Gürcüstan prezidenti Salome Zurabişvili Abxaziyaya səfər edən Belarus lideri Aleksandr Lukaşenkonu beynəlxalq hüquq və ikitərəfli münasibətləri pozmaqda ittiham edib.
O bu barədə Twitter-də yazıb.
“Bu, Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanununun, bizim ikitərəfli münasibətlərimizin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır”, - Zurabişvili bildirib.
Qeyd edək ki, sentyabrın 28-də Belarus prezidenti ilk dəfə Abxaziyaya rəsmi səfər edib. Respublika başçısı qondarma Abxaziya lideri Aslan Bjaniya ilə görüşüb. Onun sözlərinə görə, səfər dünyada baş verən hadisələrlə bağlı deyil. Lukaşenko əlavə edib ki, səfərini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.
Lukaşenkonun səfərinə cavab olaraq Belarus səfiri Anatoli Lis Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Gürcüstan tərəfi insidentlə bağlı əlavə izahat tələb edib.