Taliban Rusiya ilə benzinin güzəştli tədarükü ilə bağlı razılığa gəlib

Taliban rəhbərliyi Rusiya ilə Əfqanıstana yanacaq və buğda tədarükü ilə bağlı ilkin müqavilə imzalayıb. Bu barədə Reuters agentliyinə Əfqanıstanın Ticarət və Sənaye Nazirliyinin rəhbəri Hacı Nuruddin Əzizi məlumat verib.

Onun sözlərinə görə, müqaviləyə əsasən, Rusiya hər il təxminən bir milyon ton benzin, bir milyon ton dizel yanacağı, 500 min ton mayeləşdirilmiş neft qazı və iki milyon ton buğda tədarük edəcək. Əzizi qeyd edib ki, Rusiya hakimiyyəti Taliban rəhbərliyinə orta dünya əmtəə qiymətlərinə endirim təklif edib.

Rusiyanın Energetika və Kənd Təsərrüfatı nazirlikləri, eləcə də Rusiya Federasiyası hökuməti hələlik bununla bağlı şərh verməyib.

Talibanın bir ildən çox əvvəl hakimiyyətə qayıtmasından sonra imzaladığı ilk məlum böyük beynəlxalq iqtisadi razılaşma olan bu addım Əfqanıstanı dünyanın bank sistemindən təsirli şəkildə kəsən islamçı hərəkatın təcridini yüngülləşdirməyə kömək edə bilər.

Rusiya hakimiyyəti 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıdan Taliban hökumətini tanımırdı. Eyni zamanda, Ukraynada müharibə başlayandan sonra da daxil olmaqla, Rusiya nümayəndələri dəfələrlə Talibanla görüşüblər. Rusiyanın Kabildəki səfirliyi Əfqanıstanda fəaliyyətini davam etdirən azsaylı diplomatik nümayəndəliklərdən biridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ