Yunanıstan XİN başçısı Azərbaycana meydan oxudu

Xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm, revizionist siyasətiniz uğursuz olacaq.

Bunu Yunanıstanın xarici işlər naziri Nikos Dendias İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib.

Dendiasın sözlərinə görə, Yunanıstan dost Ermənistanı və onun “ərazi bütövlüyünü” dəstəkləyir. 

XİN başçısı həmçinin vurğulayıb ki, “Yunanıstanın Ermənistanla tam həmrəydir”.

Dendias həmçinin hesab edir ki, Azərbaycan-Ermənistan arasındakı münaqişədən Türkiyə faydalanmağa çalışır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ