Türkiyənin daxili işlər naziri istefa verib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib. 

Bu barədə “Milli Qazete” məlumat yayıb.

Nəşrin məlumatına görə, DİN rəhbəri vəzifəsindən getmək istədiyini Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında bildirib. Hazırda Ərdoğanın onun istəyinə necə reaksiya verdiyi məlum deyil.

Soylu daha əvvəl koronavirusun yayılması ilə mübarizə çərçivəsində 2020-ci ilin aprelində ölkədə 48 saatlıq komendant saatı tətbiq edildikdən sonra istefa vermək istəyib. 

50 yaşlı Soylu 2016-cı ilin avqustundan Türkiyənin daxili işlər naziridir. Bundan əlavə, 2015-ci ilin noyabrından 2016-cı ilin avqustunadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edib. Soylu 2012-ci ilin sentyabrında Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına üzv olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ