Yeni şərtlər: Rusiya Ukrayna ilə danışıqlara hazırdır

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bəyan edib ki, Moskva bir fundamental prinsip əsasında Kiyevlə danışıqlara hazırdır. 

Ukrayna tərəfi ilə danışıqlar üçün yeni şərtlər barədə məlumatı Kremlin sözçüsü Dmitri Peskov izah edib.

Söhbət “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə nail olmaqdan gedir. “Vəziyyət dəyişdikcə, şərtlər də dəyişir - biz bunu dəfələrlə demişik”, - Peskov deyib və əlavə edib ki, Rusiya danışıqlara hazırdır.

Sentyabrın 26-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Putin Ərdoğana Kiyevlə danışıqlara yeni şərtlərlə qayıtmağa hazır olduğunu bildirib. Nazirin sözlərinə görə, Putin bu barədə Ərdoğana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ