Ərdoğan Yunanıstana xəbərdarlıq etdi

Türkiyə bütün xarici ölkələrdən terrorizmin təzahürlərinə qarşı mübarizədə, o cümlədən terrorda iştirak edən şəxslərin ekstradisiyası məsələsində əməkdaşlıq gözləyir.

Bu barədə Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Qərb ölkələrini tənqid edərək, “terror təşkilatlarında əli olan şəxslərin bu gün Avropa ölkələrinin küçələrində sərbəst gəzdiyini” vurğulayıb.

Ərdoğan Yunanıstanın təxribatlarına da diqqət çəkib, xüsusilə Yunanıstan zirehli texnikasının Egey dənizindəki silahsızlaşdırılmış adalara yerləşdirilməsi ilə bağlı son hadisəni şərh edib.

“Biz Yunanıstanı Türkiyə ilə qarşıdurmaya sövq edən dairələrin əsl məqsədlərini yaxşı bilirik. Türkiyə Egey və Aralıq dənizini qarşıdurma və qan tökülmə zonasına çevirmək cəhdlərini pisləyir. Biz sülh və sabitliyin tərəfdarıyıq”, - deyə o vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Yunanıstanın adalarda, eləcə də Türkiyə ilə quru sərhədə yaxın ərazilərdə - Qərbi Trakya bölgəsində yerləşdirdiyi silahlar Ankaranı qorxutmur, çünki “Türkiyənin gücü bundan qat-qat böyükdür”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ