Britaniya Qod Nisanov və Zarah İliyeva qarşı sanksiyalar tətbiq etdi

Böyük Britaniya hökuməti 92 rusiyalıya, o cümlədən Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarah İliyevə qarşı sanksiyalar tətbiq edib.

TASS xəbər verir ki, sənədin yenilənmiş variantı bazar ertəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sanksiya siyahısına “Qoznak”, “Sberbank”, “Qazprombank” və “Otkritie” bankın rəhbərliyi, Bank VTB-nin Müşahidə Şurasının üzvü Valeri Sidorenko, ARETİ beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov daxil edilib.

Bundan başqa, Rusiya Prezidentinin Daxili Siyasət Administrasiyasının məmurlarına qarşı da sanksiyalar tətbiq olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ