Dağıstan sakinləri və Rusiya Federasiyasının digər vətəndaşları uşaqlarının həyatını xilas etmək üçün səfərbərliyə qarşı mübarizəni davam etdirməlidirlər.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Biz görürük ki, insanlar, xüsusən Dağıstanda həyatları üçün mübarizə aparmağa başlayıblar. Onlar başa düşürlər ki, bu, həyatla bağlı sualdır. Onların qardaşları, oğulları niyə bu müharibədə həlak olmalıdır? Bir adamın istədiyi müharibədə. Axı o öz övladlarını müharibəyə göndərmir. Övladlarınızın ölümə göndərilməməsini təmin etmək üçün mübarizə aparın”, - deyə Zelenski bildirib.
O həmçinin vurğulayıb ki, onlar (etirazçılar) Ukrayna ərazisinə gəlsələr, sağ qayıtmayacaqlar.