ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

Yaxın günlərdə ABŞ Donbasdakı referendumlara cavab olaraq Rusiyaya qarşı sanksiyaları elan edəcək.

Bunu ABŞ prezidentinin köməkçisi Ceyk Sallivan NBC-yə verdiyi müsahibəsində deyib.

Sallivan Ukrayna ərazilərində referendumlara dəstək verən Rusiya xaricindəki hüquqi şəxslərə və şirkətlərə əlavə sanksiyalar tətbiq ediləcəyini vurğulayıb.

“Yaxın günlərdə bunu görəcəksiz. Bu, Ukraynanı silah və hərbi texnika ilə təmin etmək səylərimizi iki dəfə artıracaq”.

Sallivan həmçinin Vaşinqtonun NATO ölkələrindən Ukraynaya Sovet istehsalı olan tankların tədarükünü davam etdirmək niyyətini elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ