Sentyabrın 25-də səhər saatlarında Xersonun mərkəzinə Ukrayna Silahlı Qüvvələri tərəfindən raket hücumu nəticəsində iki nəfər, o cümlədən “Regionlar Partiyası”ndan olan Ukraynanın keçmiş deputatı Aleksiy Juravko ölüb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
“İlkin məlumatlara görə, HIMARS MLRS-dən silahsız və ləvazimatsız adi mülki əhalinin yaşadığı Xersonun mərkəzində hotelə zərbə endirilib”, - deyə məlumatda bildirilib.
Binada “referendum”u işıqlandıran jurnalistlər də olub. RİA Novosti iddia edir ki, RT qrupu hoteldə yaşayıb, onlardan heç kim xəsarət almayıb.