Şahzadə Rza Pəhləvi İranda etirazçılara səsləndi

İran şahının oğlu, şahzadə Rza Pəhləvi televiziya müxbirlərinə müsahibəsində etirazların sərt şəkildə yatırılması fonunda İran hüquq-mühafizə orqanlarının nümayəndələrini “seçim etməyə çağırıb, çünki sabah onlar əməllərinə görə cavab verəcəklər”.

“İnsanlar (etirazçılar) deyirlər ki, biz qisas almayacağıq və sizi (polislər) qəbul edirik, bizə qoşulun və sistemi müdafiə etməyin. Bu gün seçimini etməlisən, çünki sabah öz əməllərinə görə cavabdeh olacaqsan”.

Pəhləvi həmçinin bildirib ki, etirazçılar “beynəlxalq dialoq üçün müxalifətin vahid simasını təqdim etməlidirlər”.

O, həmçinin siyasi qruplar arasında həmrəyliyə ehtiyac olduğunu vurğulayıb:

“Sabah İranda fərqli siyasi seçimlərimiz ola bilər, lakin indiki mərhələdə bizim ümumi məqsədimiz var – ölkəni xilas etmək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ