Rusiya taktiki nüvə silahından istifadə edəcək - KİV

Rusiyanın Ukraynaya qarşı taktiki nüvə bombasından istifadə etməkdə məqsədi ukraynalıları təslim olmağa və ya danışıqlara məcbur etmək, eləcə də ölkənin Qərb tərəfdarlarını parçalamaq ola bilər.

Bu barədə Aljazeera məlumat yayıb.

Qərb analitikləri iddia dirlər ki, 1945-ci ildə ABŞ Yaponiyada bunu etdikdən sonra Putin ilk belə addımı atacaq və nüvə silahından istifadə edəcək.

“Bizi nüvə silahı ilə şantaj etməyə çalışanlar bilsinlər ki, külək onların istiqamətində əsəcək”, - deyən dövlət başçısı sözlərinin blef olmadığını vurğulayıb.

Analitiklərin fikrincə, Moskva çox güman ki, bir və ya bir neçə “taktiki” və ya döyüş nüvə bombasını Ukraynada suyun üstündə və ya atmosferdə partlatmaqla elektron avadanlığı sıradan çıxaran elektromaqnit impuls yaradacaq. Bu başlıqlar 0,3 kilotondan 100 kilotona qədər partlayıcı məhsuldarlığa malikdir.

Taktiki bombalar hərtərəfli müharibə aparmaq və qalib gəlmək üçün nəzərdə tutulmuş strateji nüvə silahları ilə müqayisədə döyüş meydanında məhdud təsir göstərmək üçün nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ