Suriya sahillərində miqrantları daşıyan qayıq batdı, 92 nəfər öldü

Livandan olan 120-yə qədər miqrantı daşıyan qayıq Suriya sahillərində batıb. “Mirror” xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə naziri Məhəmməd Həsən Qabbaş bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 120 nəfərdən 92-si ölüb, 20 miqrant xilas edilib, qalanları isə itkin düşüb. Suriya hakimiyyəti bildirir ki, hazırda həlak olanların yaxınları cəsədlərin tanınmasına kömək etmək üçün Livandan Suriyaya getməyə çalışırlar.

Xilas edilənlərin hamısı hazırda Aralıq dənizi sahilindəki Tartus şəhərindəki əl-Bazel xəstəxanasındadır. Onlardan 8-i ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ