Mitinqə çıxınlar cəbhə bölgəsinə göndəriləcək - Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov “xüsusi hərbi əməliyyat”ın keçirilməsi üzrə operativ qərargahla görüşündə bildirib ki, Ukraynada müharibə zamanı “respublika planı artıqlaması ilə yerinə yetirdiyinə görə Çeçenistanda səfərbərlik həyata keçirilməyəcək”. 

Kadırovun çıxışı ilə süjet yerli televiziyada nümayiş etdirilib.

Ramzan Kadırovun sözlərinə görə, müharibə başlayandan 20 min çeçen Ukraynaya gedib və bununla da respublika “planı 254% artıqlaması ilə yerinə yetirib”. O, hansı plandan danışdığını dəqiqləşdirməyib.

Bundan əlavə, Çeçenistan rəhbəri bildirib ki, bir gün əvvəl Qroznıda müharibə əleyhinə aksiya keçirməyə cəhd edən 40-a yaxın qadının qohumları artıq səfərbər olunaraq Ukraynaya göndərilib. O, həmçinin hədələyib ki, “mitinqə çıxan hər kəs, yaxud onların ərləri və uşaqları cəbhə bölgəsinə göndəriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ