Peskov oğlunun hərbi komissarlığa “çağırılmasından” danışıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, oğlu Nikolay ilə özünü hərbi komissarlıq orqanının əməkdaşı kimi təqdim edən Aleksey Navalnının tərəfdarı Dmitri Nizovtsev arasında söhbətdən xəbəri var.

Peskov qeyd edib ki, bu söhbətin tam mətni dərc edilməyib və məslənin ailəyə aid olduğundan şərh vermək istəmədiyini vurğulayıb.

“Mən bundan xəbərim var”, - Peskov deyiv və əlavə edib ki, Navalnının YouTube kanalında yerləşdirilmiş videoya baxmayıb. Qeyd edək ki, həmin görüntülərdə, Peskovun oğlu Nikolay hərbi komissarlığa gəlməkdən imtina edib və “məsələni başqa səviyyədə həll edəcəyinə” söz verib.

Peskov vurğulayıb ki, söhbətin tam mətnini oğlundan öyrənib.

Kreml sözçüsü söhbətin məzmununu şərh etməkdən çəkinib. 

“Xeyr, istəmirəm. Bu mənim oğlumla bağlıdır, ona görə də məcbur deyiləm”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ