“Dəfələrlə qeyd etdiyimiz kimi, biz regionun sərhədlərinin dəyişdirilməsinə dözməyəcəyik və iki ölkəyə, Azərbaycan və Ermənistana problemlərini sülh və dialoq yolu ilə həll etməyi tövsiyə edirik”.
TASS-ın məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Tehranda keçirilən hərbi paradda deyib.
O qeyd edib ki, İran heç bir müharibəyə başlamır, lakin bu, baş verəndə susmur.
“Biz regionun təhdidlərdən azad olmasını və dostluq və əməkdaşlıqla dolu olmasını istəyirik”, - deyə o bildirib.
Qeyd edək ki, Tehranda İslam İnqilabının banisi İmam Xomeyninin məqbərəsi yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusunun ordusu, eləcə də dəniz və hərbi kosmik qüvvələrinin iştirakı ilə hərbi parad keçirilib. İRNA agentliyinin məlumatına görə, parad Müqəddəs Müdafiə Həftəsi ilə bağlı təşkil edilib.