Zelenski: Rusiyada səfərbərlik heç nəyi dəyişməyəcək

“Vladimir Putinin Rusiyada rəsmən elan etdiyi qismən səfərbərlik gözlənilən idi və Ukraynanın planlarında heç nəyi dəyişməyəcək”. 

Bunu BILD-ə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, o, Putinin çıxışını görməyib, çünki “Rusiya prezidentinin çıxışı onun sevimli videosu deyil”.

“Mənə lazım olan bütün məlumatlar var... Putinin çıxışında mənim üçün yeni heç nə yox idi”, - deyə Ukrayna lideri bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ