Bakıya qaçaq: Rusiyadan Azərbaycana bütün təyyarə biletləri satılıb

Moskvadan İstanbula, Bakıya, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrə ən yaxın birbaşa reyslərə aviabiletlər tükənib.

Bu barədə RBK nəşri məlumat verib.

Nəşr bildirir ki, vizasız ölkələrə növbəti birbaşa uçuşlar üçün biletləri cümə günündən tez almaq mümkün deyil.

Hazırda Moskvadan Bakıya birbaşa uçuş üçün bileti ancaq sentyabrın 23-dən əldə etmək olar və onun qiyməti 74,5 min rubl (təxminən 2 092 manat - red.) təşkil edir. Uçuş “Aeroflot” tərəfindən həyata keçirilir.

“Azərbaycan Hava Yolları”nda isə (Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə) sentyabrın 22-nə 719 avroya (1214 manat), 24-dən isə 394 avroya (665 manat) biletlər var.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib, müvafiq fərman artıq imzalanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ