Putinin səfərbərlik haqda fərmanında gizli bənd aşkarlandı

Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik haqqında fərmanının bir məqamı geniş auditoriyadan gizlədilib. Sənədin Kremlin saytında dərc olunmuş variantında isə sadəcə çıxarılıb. Fərmanın reqlamentin rəsmi dərci üçün internet saytında yerləşdirilən versiyasında isə bu bəndin “rəsmi istifadə üçün” olduğu bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qismən səfərbərlik haqqında fərmanın yeddinci bəndinin məzmunu açıqlana bilməz.

“7-ci bənd yalnız rəsmi istifadə üçün etibarlıdır. Müdafiə naziri Seürgey Şoyqunun dediklərini təkrarlaya bilərəm, səfərbərlik 300 min nəfəri əhatə edəcək. Bu bənddə də 300 minə qədər adamdan söhbət gedir. Müdafiə nazirinin izah etdiyi kimi, onların hamısı birdən çağırılmayacaqlar”, - Peskov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ