Rusiyada elan edilən qismən səfərbərlik zamanı 300 min ehtiyatda olan hərbçi ordu sıralarına çağırılacaq.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Qismən səfərbərlik daha əvvəl sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin tərəfindən elan edilib. Səfərbərlik tədbirlərinin keçirilməsi haqqında fərman artıq Kremlin saytında dərc olunub.
Rusiya müdafiə naziri qeyd edib ki, ilk olaraq, döyüş təcrübəsi olan rusiyalılar ehtiyatdan çağırılacaq. Həmçinin, bu kateqoriyaya ordu üçün zəruri hərbi ixtisası olan şəxslər də daxildir.