Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.
Bu barədə “Mash” teleqram kanalındakı birbaşa yayımdan məlum olub.
Putin qeyd edib ki, Rusiya Federasiyasında səfərbərlik tədbirləri bu gün başlayacaq.
O həmçinin əlavə edib ki, qismən səfərbərlik çərçivəsində çağırış yalnız ehtiyatda olan, ilk növbədə təcrübəsi olan vətəndaşlara şamil olunacaq.