Putin Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunu göstərdi

Rusiya Bakı və İrəvanı atəşkəs rejiminə riayət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına əməl etməyə çağırır.

Bu sözləri RF prezidenti Vladimir Putin deyib.

“Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, - Putin xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimində bildirib.

Onun sözlərinə görə, “mübahisəli ərazi məsələlərinin həllinin açarı Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar birgə işdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ