Tacikistan və Qırğızıstan qoşunlarını sərhəddən çıxarır

1Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin (MTDK) sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında görüş keçirilib. Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

Bu barədə Tacikistanın Suqd vilayəti sədrinin mətbuat xidməti məlumat yayıb.

“Hər iki ölkənin (Tacikistan və Qırğızıstan - red.) Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri tərəfindən protokol imzalanıb. Sənədə əsasən əlavə hərbi qüvvələr və hərbi texnika daimi dislokasiya yerlərinə qaytarılacaq və sakinlərin təhlükəsizliyi təmin ediləcək”, - məlumatda deyilir.

Görüş “Güliston” sərhəd-keçid məntəqəsində baş tutub. Görüş zamanı hüquq-mühafizə orqanlarının rəhbərləri Tacikistan və Qırğızıstanın sərhədyanı rayonlarında sabitliyin təmin olunması məsələlərini müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ