Qazaxıstanın paytaxtının adı yenidən Astana oldu

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.

Parlament dəyişiklikləri dünən təsdiqləyib. 

Sənədə əsasən, Qazaxıstan paytaxtının adının Nur-Sultandan Astanaya qaytarılıb.

Bundan əlavə, prezidentlik müddəti 5 ildən 7 ilədək artırılıb və dövlət başçısının yenidən seçilməsinə qadağa qoyulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ