Bayden Rusiyaya xəbərdarlıq edib

ABŞ Prezidenti Co Bayden Rusiyaya Ukraynaya qarşı taktiki nüvə və ya kimyəvi silahdan istifadə edilməsinin nəticələri barədə xəbərdarlıq edib. 

O bu barədə CBS kanalına müsahibəsində deyib.

Jurnalist Amerika liderindən Rusiya prezidenti Vladimir Putinə qeyri-ənənəvi silahlardan istifadə etmək qərarına gələrsə, ona nə deyərdiniz?” sualına Bayden “Etmə, bunu etmə, bunu etmə” deyə cavab verib.

ABŞ lideri bildirib ki, nüvə silahından istifadə edilsə, Rusiya “dünyada unudulmuş bir dövlətə” çevriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ