Çində göydələn 20 dəqiqəyə yandı - video

Çinin ən böyük telekommunikasiya operatoru “China Telecom”un Çanqşadakı binasında yanğın baş verib.

Alov 20 dəqiqə ərzində 42 mərtəbəli “China Telecom”un binasının bütün mərtəbələrinə yayılıb.

Hunan əyalətinin yanğınsöndürmə departamenti hadisə yerinə 36 yanğınsöndürən maşının və 280 yanğınsöndürənin cəlb olunduğunu bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ