Qırğızıstan və Tacikistan sərhədində ağır döyüşlər gedir - video

Tacikistan-Qırğızıstan sərhədinin bütün perimetrində vəziyyət gərgin olaraq qalır.

Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib.

Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər.

Baş verən gərginliyə görə Bişkek və Düşənbə bir-birlərini günahlandırır.

11:32

Qırğızıstan-Tacikistan sərhədində yenidən silahlı toqquşmalar olub.

Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda Tacikistan tərəfinin ağır hərbi texnikadan istifadə etdiyi bildirilir.

“Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir”, - Qırğızıstan Sərhəd Xidmətinin məlumatında qeyd olunur.

Yayılan son xəbərlərə görə, Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində dörd qırğız sərhədçisi yaralanıb.

Artıq Qırğızıstanın Tacikistanla həmsərhəd kəndlərində yaşayan sakinlərinin təxliyəsinə başlanılıb.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-dən başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ