Britaniyanın “The Sun” nəşrinin Rusiya prezidenti Vladimir Putinin həyatına sui-qəsdlə bağlı iddiası ilə bağlı dərc edilən xəbər həqiqəti əks etdirmir.
Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, nəşrin Putinə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya liderinin korteji çərşənbə günü Moskvada “hücuma” məruz qalıb: prezident limuzininin sol ön təkərinin altından “güclü partlayış” baş verib, bundan sonra “tüstü” qalxıb. Qəzetin yazdığına görə, avtomobil təhlükəsiz yerə göndərilib, Putin xəsarət almayıb.
“The Sun”un məlumatlarının doğru olub-olmaması ilə bağlı suala Peskov “Xeyr” cavabını verib.