Rusiyada məhbusları Ukrayna ilə müharibəyə cəlb edirlər - video

Rusiyada Aleksey Navalnının tərəfdarları və bir neçə anonim Teleqram kanalı sentyabrın 14-ü axşam saatlarında cəzaçəkmə müəssisəsinin ərazisində məhbusların müharibəyə cəlb edilməsini əks etdirən video yayıblar.

Kadrların dəqiq nə vaxt çəkildiyi məlum deyil.

Qeyd olunur ki, videoda iş adamı Yevgeni Priqojinə bənzəyən şəxs insanları “Vaqnerin özəl hərbi şirkəti”də döyüşə getməyə razı salır (BBC-nin Rusiya xidməti Priqojini şəxsən tanıyan iki şəxslə danışıb və onlar videoda onu tanıdıqlarını bildiriblər).

O, hərbi əməliyyatların gedişindən danışır və kimsə döyüş bölgəsinə getməyə razı olarsa və fikrini dəyişərsə, onu edamla hədələyir.

Priqojinə oxşayan adam müharibəyə göndərildikdən altı ay sonra əfv vəd edir və deyir ki, heç kim həbsxanaya qayıtmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ