Dünya nüvə müharibəsi astanasındadır? - BMT-dən həyəcan təbili

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Quereşi TASS-a müsahibəsində bildirib ki, Kuba raket böhranından sonra dünya hələ nüvə münaqişəsinə o qədər də yaxın olmayıb.

O qeyd edib ki, bu, hamı üçün “çox, çox ciddi xəbərdarlıqdır”.

“Siz nüvə silahından istifadə variantına müraciət edə bilməzsiniz, bu variant üzv ölkələrin alətlər dəstindən çıxarılmalıdır”, - BMT Baş Assambleyasının sessiyasının rəhbəri bildirib.

O, həftəlik və aylıq əsaslarda nüvə silahlarının siyasi silah kimi istifadə edildiyi günlərə qayıtmamağa çağırıb.

“Və Allah bizi nüvə zərbəsinin endirilə biləcəyi vəziyyətə düşməkdən qorusun”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ